Islam Times 4 Aug 2021 132021000000Wed, 04 Aug 2021 13:32:22 +0430 13:32 https://www.islamtimes.org/az/news/946754/rus-hərbçiləri-ermənilərə-yardım-askiyası-keçirdi -------------------------------------------------- Title : Rus hərbçiləri ermənilərə yardım askiyası keçirdi -------------------------------------------------- İslamTimes: Rus hərbçiləri ermənilərə yardım askiyası keçirdi Text : Azərbaycanın Qarabağ iqtisadi rayonunun bir hissəsində müvəqqəti olaraq yerləşən Rusiya sülhməramlıları 120-dən çox erməniyə tibbi yardım göstərib. Publika.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, rus sülhməramlıları humanitar-tibbi aksiya çərçivəsində “ucqar yaşayış məntəqəsi”nin sakinlərinə yardım göstəriblər. Onlar ümumi çəkisi 4 tondan çox olan ərzaq və mətbəx avadanlıqlarını Çapar kəndinin əhalisinə veriblər. Eyni zamanda, Rusiya sülhməramlı kontingentinin Xüsusi Təyinatlı Tibbi Bölməsinin mütəxəssisləri standart pnevmatik çərçivəli çadırda vətəndaşların qəbulunu keçiriblər. Hərbi həkimlər xüsusən terapevtik, cərrahi və oftalmoloji yardım göstəriblər.