Islam Times 14 Aug 2022 222022000000Sun, 14 Aug 2022 22:55:08 +0430 22:55 https://www.islamtimes.org/az/news/1009197/abş-konqresinin-nümayəndə-heyəti-tayvana-səfər-edib-yenilənib -------------------------------------------------- Title : ABŞ Konqresinin nümayəndə heyəti Tayvana səfər edib - YENİLƏNİB -------------------------------------------------- İslamTimes: Bu gün ABŞ Konqresinin nümayəndə heyəti Tayvana səfər edib. Text : APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, senator Ed Markinin başçılıq etdiyi nümayəndə heyətinə konqresmen Con Qaramendi, Alan Louental, Don Bayer və Amata Radevagen daxildir. Səfər iki gün davam edəcək. Səfər çərçivəsində nümayəndə heyəti Tayvan administrasiyasının rəhbəri Tsay İvenlə görüşəcək, Tayvan xarici siyasət idarəsinin rəhbəri Cozef Unun təşkil etdiyi banketə qatılacaq, Tayvan parlamentində olacaqlar. Qeyd edək ki, səfər barədə öncədən məlumat verilməyib.