Islam Times 15 May 2022 102022000000Sun, 15 May 2022 10:40:47 +0430 10:40 https://www.islamtimes.org/az/news/994300/abş-da-atişma-ölənlərin-sayı-10-a-çatdı -------------------------------------------------- Title : ABŞ-da ATIŞMA: ölənlərin sayı 10-a çatdı -------------------------------------------------- İslamTimes: Nyu-Yorkun Buffalo şəhərində supermarketdə baş verən atışmada 10 nəfər həlak olub. Text : Publika.az xəbər verir ki, bu barədə CNN telekanalı tərəfindən yayımlanan mətbuat konfransında şəhərin polis rəisi Cozef Qramaqlia bildirib. "13 nəfər güllə yarası alıb, onlardan 10-u, o cümlədən supermarketin dörd əməkdaşı həlak olub", - o deyib. Bundan əvvəl 8 nəfərin öldüyü bildirilirdi. Polisin məlumatına görə, şəhərdə yaşamayan 18 yaşlı ağdərili gənc saxlanılıb. Onun əynində gülləkeçirməz jilet və canlı yayımda olduğu videokamera ilə taktiki dəbilqə olub. Hücumdan sonra gənc supermarketi tərk edib. O, intihar edəcəyi ilə hədələyib, lakin polis onu təslim olmağa razı sala bilib. Buffalo Federal Təhqiqatlar Bürosunun rəhbəri Steven Belongia deyib ki, atışma nifrət cinayəti kimi araşdırılır. Atəş açan şəxsin daha əvvəl sosial şəbəkədə yayımladığı irqçi bəyanatda motivlərini bildirdiyi güman edilir.