Islam Times 7 May 2018 182018000000Mon, 07 May 2018 18:36:48 +0430 18:36 https://www.islamtimes.org/az/news/722905/seyid-elman-ağayev-həbsxananın-karantinindən-çıxıb -------------------------------------------------- Title : Seyid Elman Ağayev həbsxananın karantinindən çıxıb -------------------------------------------------- İslamtimes - Nardaran işi üzrə üçüncü qrupun tərkibində mühakimə edilən bir qrup dindar 11 saylı CÇM-nə göndərilib Text : İslamazeri.com-un əldə etdiyi məlumata görə, Nardaran işi üzrə üçüncü qrupun tərkibində mühakimə edilən bir qrup dindar 11 saylı CÇM-nə göndərilib. Məlumata görə, ilahiyyatçı Seyid Elman Ağayev  və bir neçə dindar artıq 11 saylı CÇM-dəki karantindən çıxarılıb normal həbsxana şəraitinə buraxılıblar, hamısının səhhət və saxlanıldığı şəraitinin normal olduğu bildirilir. Qeyd edək ki, Məhkəmənin hökmü ilə Nardaran işi üzrə üçüncü qrupa daxil olan -  Zülfüqar Mikayılov 17 il, Faiq Allahverdiyev 13 il, Əli Hüseynov 12 il 3 ay, Mehman Quliyev 13 il, Mehman Məmmədov 12 il 3 ay, Elman Ağayev 13 il, Eldar Bünyatov 12 il 3 ay, Elxan Həsənov 12 il 3 ay, Ruzi İsmayılov 15 il, Cabir Əliyev 14 il, Mübariz İbrahimov 13 il, Ramin Seyfullayev 13 il müddətinə azadlıqdan məhrum edilib.