Islam Times 2 Jun 2020 222020000000Tue, 02 Jun 2020 22:25:07 +0430 22:25 https://www.islamtimes.org/az/news/866277/keşkə-tramp-incillə-poz-vermək-əvəzinə-onu-bir-dəfə-oxuyaydı -------------------------------------------------- Title : Keşkə Tramp İncillə poz vermək əvəzinə onu bir dəfə oxuyaydı -------------------------------------------------- İslamTimes: Amerikada 2020-ci il prezident seçkilərində Trampın rəqibi olan demokrat namizəd Co Bayden çərşənbə axşamı günü prezident Donald Trampı tənqid atəşinə tutub Text : Co Bayden Trampı hədəf alan tənqidləri çərçivəsində ötən gün Trampın kilsə önündə İncil kitabı ilə xatirə fotosu çəkdirməsini tənqid edərək deyib: "Əgər o İncili açıb mütaliə etsəydi bir şey öyrənmiş olardı." Bayden deyib: "Tramp kilsəyə doğru yollandığı zaman polis qüvvələri Ağ Ev yaxınlığındakı etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edirdi. Tramp isə bu vaxt kilsə önündə İncili əlinə alıb, onu havaya qaldırıb silkələyirdi. Keşkə müqəddəs kitabı silkələmək əvəzinə onu açıb oxuyaydı. Bunu etsəydi İncildən nələrsə öyrənmiş olardı..." Qeyd edək ki, son günlərdə Birləşmiş Ştatlarda polis məmurunun irqçi bir hərəkətlə qaradərili Corc Floydu dizi ilə boğaraq öldürməsi bu ölkə əhalisinin irqçiliyə qarşı aksiyalara başlamasına səbəb olub. Aksiyaların hər ötən gün daha da böyüməsi Trampın nümayişçilərə qarşı sərt cəzalar tələb etməsinə səbəb olub.