Islam Times 15 Sep 2021 132021000000Wed, 15 Sep 2021 13:08:36 +0430 13:08 https://www.islamtimes.org/az/news/953973/abş-kəşfiyyatı-əl-qaidə-taliban-sayəsində-ölkədə-terror-aktları-təşkil-edə-biləcək -------------------------------------------------- Title : ABŞ kəşfiyyatı: "Əl-Qaidə" "Taliban" sayəsində ölkədə terror aktları təşkil edə biləcək -------------------------------------------------- İslamTimes: Radikal “Taliban” hərəkatı Əfqanıstanda hakimiyyəti əlində saxlayacağı təqdirdə, “Əl-Qaidə” terror qruplaşması bir-iki ildən sonra ABŞ-da terror aktları təşkil etmək potensialını bərpa edə biləcək. Text : APA xəbər verir ki, bu barədə “Bloomberg” Amerika kəşfiyyat xidmətlərinin nümayəndələrinin milli təhlükəsizliyə dair təhdidləri qiymətləndirməsinə əsaslanaraq bildirib. “Mövcud məlumatlara görə, ən ehtiyatlı proqnozlara əsasən, “Əl-Qaidə”nin ən azından ölkəmizə qarşı təhlükə yarada biləcək potensialı formalaşdırması üçün bir ildən iki ilə qədər vaxt lazım olacaq”, - deyə agentlik ABŞ Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin direktoru Skott Berrierdən sitat gətirib.