Islam Times 2 Jul 2020 112020000000Thu, 02 Jul 2020 11:08:52 +0430 11:08 https://www.islamtimes.org/az/news/872063/rus-deputatdan-s-400-açıqlaması-sanksiyalar -------------------------------------------------- Title : Rus deputatdan S-400 açıqlaması: Sanksiyalar... -------------------------------------------------- İslamTimes: Türkiyədən S-400-ləri satın almaq fikri ABŞ-ın sanksiya siyasətinin artıq fayda vermədiyini göstərir. Text : Axar.az xəbər verir ki, bunu rusiyalı deputat Andrey Krasov deyib. “Onların fikrincə, bu vəziyyətdən çıxmaq üçün işlərin axarında getdiyini göstərmək lazımdır. Çox ehtimal ki, buna görə belə bir təkliflə çıxış ediblər”, - deputat bildirib. O qeyd edib ki, ABŞ sanksiyalarına məruz qalan ölkələr arasında üzünü digər bazarlara və tərəfdaşlıq münasibətlərinə çevirən ölkələrin sayı getdikcə artır: “NATO üzvü Türkiyə də diqqətini Rusiyanın silah bazarına yönləndirdi. Çünki bu gün Rusiyanın silah və hərbi texnika bazarı həm qiymət, həm də keyfiyyət baxımından dünya lideridir”. Qeyd edək ki, bir neçə gün öncə ABŞ-ın respublikaçı senatoru Con Tyun S-400-ləri Türkiyədən satın almağı təklif edib.