Islam Times 25 Nov 2011 092011000000Fri, 25 Nov 2011 09:04:57 +0330 9:04 https://www.islamtimes.org/az/news/117016/öldür-üzr-istə -------------------------------------------------- Title : Öldür, üzr istə? -------------------------------------------------- IslamTimes - Misir Ali Hərbi Şurası paytaxt Qahirənin Təhrir meydanında aksiyanın dağıdılması nəticəsində insan ölümünün baş verməsinə görə üzr istəyib. Text : Lent.az-ın “France-Presse” agentliyinə istinadən verdiyi məlumata görə, “Facebook” sosial şəbəkəsində yerləşdirilən bəyanatda qeyd olunub ki, aksiyaçılarla toqquşmaların dayandırılması barədə qərar qəbul olunub. Qeyd edək ki, noyabrın 19-dan aksiyaçılarla polis və hərbçilər arasında baş verən toqquşmalar zamanı ən azı 38 nəfər həyatını itirib, 2 mindən çox insan yaralanıb. Bu arada Əl-Cəzirə telekanalı Misirdə polisin artıq Ali Hərbi Şuranın nəzarətindən çıxdığı və tabe olmadığı barədə məlumat yayıb. Bu gün İsgəndəriyyə və İsmailiyyə şəhərlərində təhlükəsizlik qüvvələri ilə növbəti toqquşmalar baş verib. Ən azı 1 nəfər həyatını itirib.