Islam Times 20 May 2022 232022000000Fri, 20 May 2022 23:58:44 +0430 23:58 https://www.islamtimes.org/az/news/995283/rusiya-abş-suriyadan-buğda-oğurlamağa-çalışır -------------------------------------------------- Title : Rusiya: ABŞ Suriyadan buğda oğurlamağa çalışır -------------------------------------------------- İslamTimes: "BMT Təhlükəsizlik Şurası hələ də Aİ və ABŞ-ın birtərəfli sanksiyalarının Suriya iqtisadiyyatına dağıdıcı təsirini görməməzlikdən gəlir." Text : Rusiyanın BMT-dəki daimi nümayəndəsinin müavini Dmitri Polyanski bu gün Suriyadakı humanitar vəziyyətlə bağlı BMT Təhlükəsizlik Şurasının iclasında bildirib ki, təşkilat hələ də Aİ və ABŞ-ın birtərəfli sanksiyalarının Suriya iqtisadiyyatına dağıdıcı təsirini görməməzlikdən gəlir. RussiaToday-ın verdiyi məlumata görə, Polyanski mayın 12-də ABŞ Xəzinədarlıq Departamenti tərəfindən Suriyanın şimal-qərbi və şimal-şərqində xarici investisiyalara yaşıl işıq yandıran lisenziyanı təqdim etməsi Vaşinqtonun Fəratın şərqindən Suriya buğdasının oğurlanmasının qanuniliyini tanıması deməkdir. Rusiya nümayəndəsinin müavini təəssüflə bildirib ki, Birləşmiş Millətlər Təşkilatı hələ də bu mövzuda, xüsusən də dünya ərzaq təhlükəsizliyinə dair dünənki iclasda lazımi qərarlar qəbul edə bilməyib..