Islam Times 5 Mar 2013 012013000000Tue, 05 Mar 2013 01:46:59 +0330 1:46 https://www.islamtimes.org/az/article/244286/mişanın-bəyanatı -------------------------------------------------- Title : Mişanın bəyanatı -------------------------------------------------- İslamtimes - Prezident İlham Əliyevi də öz oyununda özünə şərik etmək istəyir. Text : islamtimes.org/az/ - Azərbaycan səfərindən ölkəsinə qayıdan Gürcüstan prezidenti Mikeil Saakaşvilinin Tiflis aeroportunda verdiyi bəyanat Azərbaycanda mətbuat səhifələrinin gündəmini zəbt etməsə də, diqqətsiz də qalmadı. Ötən yazımda buna bir balaca şərh vermişdim və bu vaxta qədər artıq Saakaşvilinin bəyanatında adı hallanan Söyün Sadıqov gürcü prezidentin dediklərinə hansı reaksiya veribsə ondan xəbəriniz var. Ancaq burda başqa bir məsələ də diqqətdən kənar qalmamalıdır. Gərək biz baxaq görək, məsələnin zahiri ilə batini arasında oxşarlıqlar və fərqlər nələrdən ibarətdir. Saakaşvilinin Rusiya ilə münasibətlərinin nə yerdə olması və seçkidə məğlubiyyəti bəllidir, eynilə də rəsmi Moskvanın gürcü prezidentinə qarşı neqativ münasibəti heç kim üçün sirr deyil. O da məlumdur ki, Rusiya ilə müharibə və münasibətdə qərb, xüsusilə də ABŞ, Saakaşviliyə gözlənilən lazımı dəstəyi vermədi və vermir. Bunu görən Saakaşvili hər Bakı səfərində Rusiyanın bostanına daş atıb, prezident İlham Əliyevi də öz oyununda özünə şərik etmək istəyir. Əliyev atası kimi Gürcüstana az dəstək verməyib, indi də neft və qaz hesabına verdiyi dəstəklə Gürcüstan pis yaxşı bir gün görür. Ancaq Rusiya məsələsində İlham Əliyev birbaşa, açıq bir şəkildə Saakaşvilinin mövqeyini dəstəkləyib, rəsmi Moskva ilə qarşıdurmaya gedərsə bunun nəticəsinin nə ilə sona çatacağnı təxmin etmək çətin deyil, ən azı ona görə ki, ortada elə Gürcüstan təcrübəsi var. Digər tərəfdən son bir neçə ayda, Rusiyadan Azərbaycana qarşı müxtəlif səpkili təhdidlərin gəlməsi barədə həm yerli politoloqlar həm də deputatlar müəyyən bəyanatlar verir ki, bu kontekstdə də ən çox Milyarderlər İttifaqının adı hallanmaqdadır. Əliyev rejiminin Milyarderlər İttifaqı ilə bağlı verdiyi bəyanatlarda bəhanəsi budur ki, bu ittifaqda ona qarşı çıxan və çıxış edən dramaturq Rüstəm İbrahimbəyov var. Mahiyyət etibarilə və əliyev rejiminin xarakteristikasını nəzərə alanda bu babat bir bəhanədir, iş isə təkcə bununla bitmir. Məsələ burasındadır ki, rəsmi Moskva regionda yenidən fəallaşaraq SSRİ-ni ola bilər başqa adla olsa da bərpa etmək istəyir. Putinin bu niyyətinin digər respublikaların rəhbərləri tərəfindən xoş qarşılanmasını birmənalı demək çətindir, buna etiraz edən də var bu layihəni dəstəkləyəndə. Layihəni dəstəkləyən əsasən kasıb və müstəqilliyinin heç bir mənası olmayan Ermənistan prezidenti Sarkisyandır, məsələ onda deyil ölkə kasıbdır, ona qalsa Belorusiya da zəngin ölkə deyil, üstəlik Rusiya ilə Gömrük İttifaqındadır, ancaq Lukaşenko Sarkisyandan fərqli olaraq heç bir halda bir prezident kimi öz müstəqilliyini güdaza vermir. Bu oyunda ən çox maraqlı olan tərəf isə qərbdir, çünki ABŞ ekspertlərinin fikrincə hazırda ABŞ-ın başı Suriya və İrana qarşıdığı bir zaman eyni zamanda possovet məkanı ilə məşğul olmağa nə vaxtı var nə də imkanı, bununla belə gələcəkdə növbə bu ərazilərə çatacaq deyə, rəsmi Vaşinqaton çox istərdi ki, regionda hadisələr onun iştirakı olmadan ancaq onun xeyrinə inkişaf etsin, ki, gələcəkdə görüləcək işlərin bir hissəsi elə indidən həll olunsun ki, həm zaman qazansın həm də resurslarına qənaət etmiş olsun. Azərbaycan hakimiyyəti bütün baş verənləri görüb hesablaya bilir, bu vaxta qədər xarici siyasətdə balanslı siyasi kursu da davam etdirir ki, nə şiş nə də kabab yanmasın. Bu siyasətin isə həmişə doğru olacağını demək olmur, bu isə ekspertlərin fikridir. İndi Saakaşvili zamanı düzgünmü seçib bu bəyanat üçün? Məncə yox, ən azı ona görə ki, bu Azərbaycanda prezident seçkiləridir və İlham Əliyev birdən birə kəskin dəyişikliyə gedib uduzmaq istəməz. Ona görə Mişanın bəyanatını da qulaqardı etdi.