Islam Times 21 Sep 2010 152010000000Tue, 21 Sep 2010 15:46:09 +0430 15:46 https://www.islamtimes.org/az/news/37815/amerikanlar-əfqanları-öldürməklə-əylənirmiş -------------------------------------------------- Title : Amerikanlar əfqanları öldürməklə əylənirmiş -------------------------------------------------- IslamTimes - Vaşinqton Post Amerikan əsgərlərin, əylənmək məqsədilə atəş açaraq Əfqanıstan vətəndaşlarını qətlə yetirdiyini ortaya çıxardı. Text : Əfqanıstanda vəzifə yerinə yetirən Amerikan əsgərlər, əylənmək üçün atəş açaraq vətəndaşları öldürməkdə günahlandırıldı. ABŞ-da dərc olunan "Vaşinqton Post" qəzetinin bəzi mənbələrə istinadən verdiyi xəbərə əsasən Amerikan əsgərlərin bir çoxu bu cinayətə əl atıb. Qəzetdə bu hadisənin rövnəq almasına səbəb kimi bir əfqanın Məhəmməd Kalay kəndində Amerikan əsgərə yaxınlaşarkən, digər əsgərlərin bu şəxsin Amerikan hərbçini öldürmək istəməsini güman edərək onu qətlə yetirməsindən sonra baş verib. ABŞ əsgərləri cəsədləri parçalayaraq kəllə sümüklərini saxlayıb fotoşəkil çəkdikləri bildirilir. Xəbərdə, sadəcə Yanvar və May ayları arasında 5 amerikalı əsgərin Qəndəharda ''əylənmək üçün'' 3 cinayət törətdiyi, və 7 əsgərin də bu hadisədə şərik olduğu məlumat verilir. Vaşinqton Post qəzeti məhkəmənin ilkin araşdırmalardan sonra əsgərlərin əsasən ''əylənmək məqsədiylə'' bu cinayətləri törətdiyini ortaya çıxardığını bildirir. Əsgərlərin isə vətəndaşları heç bir səbəb olmadan öldürdüklərini inkar etdikləri bildirilir.