Islam Times 11 Apr 2021 172021000000Sun, 11 Apr 2021 17:22:50 +0430 17:22 https://www.islamtimes.org/az/news/926595/beni-qantz-iranla-razılaşma-bizim-maraqlarımıza-cavab-verməlidir -------------------------------------------------- Title : Beni Qantz: İranla razılaşma bizim maraqlarımıza cavab verməlidir! -------------------------------------------------- İslamTimes: İşğalçı İsrail rejiminin müdafiə naziri Beni Qantz bildirib ki, İranla razılaşma sionist rejimin maraqlarına uyğun olmalıdır. Text : Əl-Cəzirə telekanalının verdiyi xəbərə görə, işğalçı İsrail rejiminin müdafiə naziri Beni Qantz, ABŞ-lı həmkarı Lloyd Austin ilə görüşdən sonra keçirilən mətbuat konfransında bildirib ki, İranla 5+1 arasındakı nüvə sazişi İsrail rejimin mənafeyinə uyğun olmalıdır. Məlumata görə, cinayətkar rejimin müdafiə naziri Beni Qantz əlavə edib: "İranla hər hansı bir razılaşma Vaşinqtonun maraqlarına cavab verməlidir və eyni zamanda bizim maraqlarımıza zidd olmamalıdır." Qantz həmçinin amerikalı həmkarına bildirib ki, İsrail Bayden hökuməti ilə yaxından həmkarlıq etmək və ortaq maraqları qorumaq niyyətindədir.