Islam Times 18 Dec 2021 142021000000Sat, 18 Dec 2021 14:11:29 +0330 14:11 https://www.islamtimes.org/az/news/969093/ukrayna-qüdsü-sionist-rejimin-paytaxtı-kimi-tanınmasını-inkar-edib -------------------------------------------------- Title : Ukrayna Qüdsü sionist rejimin paytaxtı kimi tanınmasını inkar edib -------------------------------------------------- İslamTimes: “Qüds məsələsi danışıqlar yolu ilə, Təhlükəsizlik Şurasının, BMT Baş Assambleyası qətnamələrinə uyğun olaraq həll edilməlidir.” Text : “Əl-Cəzirə” xəbər şəbəkəsinin məlumatına görə, Ukraynanın işğal olunmuş Fələstin ərazilərindəki səfiri Yevgen Korniyçuk öz Facebook səhifəsində yazıb ki, Kiyev Qüdsü sionist rejimin paytaxtı kimi tanımayıb! Bu mövzu ilə bağlı ibranidilli mediada dərc olunan bəyanatlar rədd edilib və vurğulanıb: “Qüds məsələsi danışıqlar yolu ilə, Təhlükəsizlik Şurasının, BMT Baş Assambleyası qətnamələrinə uyğun olaraq həll edilməlidir.” Səfir bəyan edib ki, Ukrayna beynəlxalq ictimaiyyətin bütün xalqların sülh və təhlükəsizlik şəraitində birgə yaşaya bilməsi üçün Yaxın Şərqə sülh gətirmək planını dəstəkləyir.