Islam Times 18 Mar 2023 202023000000Sat, 18 Mar 2023 20:00:39 +0330 20:00 https://www.islamtimes.org/az/news/1047402/benni-qantz-vətəndaş-müharibəsi-ilə-bağlı-xəbərdarlıq-etdi -------------------------------------------------- Title : Benni Qantz vətəndaş müharibəsi ilə bağlı xəbərdarlıq etdi -------------------------------------------------- İslamTimes: Sionist rejimin keçmiş müharibə nazirinin işğal olunmuş ərazilərdə vətəndaş müharibəsinin baş verməsi ilə bağlı xəbərdarlıq edib. Text : Sionist rejimin keçmiş müharibə naziri işğal olunmuş ərazilərdə vətəndaş müharibəsinin baş verməsi ilə bağlı xəbərdarlıq edib və bu halda xalqın parçalanacağını vurğulayıb. Benni Qantsın açıqlamaları müxalifətçilərin çevriliş adlandırdıqları məhkəmə sistemini zəiflətməyə yönəlmiş hökumət planının təqdimatından sonra xalq arasında yaranan parçalanmadan sonra verilib. Bu arada sionist rejimin baş naziri Benyamin Netanyahu deyir ki, bu planın məqsədi icra, qanunvericilik və məhkəmə hakimiyyətləri arasında tarazlığı bərpa etməkdir. Qantz Twitter hesabında yazıb: Qorxuram ki, burada vətəndaş müharibəsi başlayar. İnanıram ki, bunu heç kim istəmir, amma pisləşmə mənfi istiqamətdədir və vətəndaş müharibəsi riski artır.