Islam Times 17 Nov 2012 082012000000Sat, 17 Nov 2012 08:05:20 +0330 8:05 https://www.islamtimes.org/az/news/212542/israil-bmt-də-fələstinin-nüfuzuna-zərbə-vurmağa-çalışır -------------------------------------------------- Title : "İsrail BMT-də Fələstinin nüfuzuna zərbə vurmağa çalışır" -------------------------------------------------- IslamTimes - Mahmud Abbas: İsrailin hərəkətləri Fələstinin BMT-dəki nüfuzunun ləkələnməsinə yönəlib. Text : Mahmud Abbas: İsrailin hərəkətləri Fələstinin BMT-dəki nüfuzunun ləkələnməsinə yönəlib. Fələstin muxtariyyətinin lideri Mahmud Abbas belə bir bəyanatla çıxış edib. «İsrail qanlı müharibəyə başlamaq istəyir. Yeganə məqsəd isə BMT-nin nəzərində Fələstinin nüfuzunu aşağı salmaqdır. Hesab edirik ki, İsrailin hərəkətləri birbaşa Fələstin xalqının maraqlarına zərbə vurur», deyə o bildirib. Hazırda BMT Fələstinin bu təşkilatda müşahidəçi dövlət statusu almaq barədə müraciətini nəzərdən keçirir. Noyabrın 14-dən etibarən işğalçı İsrail Qəzza zolağına hücuma başlayıb. Əməliyyat nəticəsində aralarında körpələr də olmaqla onlarla dinc sakin qətlə yetirilib. ABŞ Qəzzadakı əməliyyatı dəstəkləyib. Türkiyə, Misir, İran və bir çox digər ölkələr isə qəsbkar İsrail rejimindən dərhal əməliyyata son qoymağı tələb edib.