Islam Times 24 Aug 2021 002021000000Tue, 24 Aug 2021 00:34:56 +0430 0:34 https://www.islamtimes.org/az/news/950048/pentaqon-əfqanıstandan-insanları-təxliyə-edən-təyyarələr-təhlükə-altındadır -------------------------------------------------- Title : Pentaqon: Əfqanıstandan insanları təxliyə edən təyyarələr təhlükə altındadır -------------------------------------------------- İslamTimes: ABŞ rəsmiləri hesab edir ki, Əfqanıstandan insanları təxliyə edən hərbi nəqliyyat təyyarələri ciddi təhlükə altındadır. Text : APA TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Nəqliyyat Komandanlığının (TRANSCOM) rəhbəri, general Stiv Layons Pentaqonda keçirdiyi brifinqdə bildirib. “Bu, ciddi bir təhdiddir. Mən təfərrüatlara varmaq istəməzdim”, - S.Layons Kabilə gələn və şəhərdən ayrılan ABŞ hərbi nəqliyyat təyyarələrini nəyin təhdid edə biləcəyi ilə bağlı sualın cavabında belə deyib. Onun sözlərinə görə, TRANSCOM mümkün təhdidləri müəyyən etmək üçün ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) ilə daim əlaqə saxlayır: “Əminəm ki, bunların qarşısını almaq üçün bütün lazımi tədbirləri görürük”.