Islam Times 21 Dec 2021 212021000000Tue, 21 Dec 2021 21:46:00 +0330 21:46 https://www.islamtimes.org/az/news/969633/sabiq-israil-generalı-minlərlə-raket-tel-əvivin-axmaqlığı-intizarındadır -------------------------------------------------- Title : Sabiq İsrail generalı: Minlərlə raket Tel-Əvivin axmaqlığı intizarındadır -------------------------------------------------- İslamTimes: Sabiq İsrail ordusu generalı təxmin edib ki, Tel-Əvivin İrana mümkün axmaq hücumu baş verərsə, bu rejim hər gün 3000 (İran tərəfindən atılan) raketlə üzləşəcək. Text : Press TV-nin məlumatına görə, işğalçı İsrailin sabiq generallarından olan İsak Brik xəbərdarlıq edib ki, İsrail ordusu məntəqədə yeni müharibəyə hazır deyil. Çünki Suriya, Yəmən, İraq və Qəzza zolağındakı iranmeylli qüvvələr eyni zamanda İsraili raketlərlə hədəf alacaqlar. O əlavə edib ki, bu müharibə bir neçə cəbhədə aparıla bilər və biz buna hazır deyilik. General Brik deyib: “Yeni müharibə bizi illər öncəyə aparacaq. Əvvəlki müharibələr zamanı keçdiyimiz çətinliklər gələcək qarşıdurmanın (İranla müharibənin) nəticələrinin yanında bir heç kimi görünəcək!"