Islam Times 12 Sep 2012 152012000000Wed, 12 Sep 2012 15:00:35 +0430 15:00 https://www.islamtimes.org/az/news/194831/abş-ın-liviyadakı-səfiri-öldürülüb -------------------------------------------------- Title : ABŞ-ın Liviyadakı səfiri öldürülüb -------------------------------------------------- IslamTimes - ABŞ-ın Liviyadakı səfiri Kristofer Stivens və daha 3 amerikalı diplomat öldürülüb. Text : APA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, hadisə ABŞ-ın Liviyanın Benqazi şəhərindəki konsulluğunda baş verib. ABŞ-da həvəskar kinematoqraf tərəfindən çəkilən “İslamın məsumiyyəti” adlı filmdə islamın və müsəlmanların təhqir olunmasından qəzəblənən kütlə konsulluğa hücum edib. Olayın təfərrüatları hələlik bəlli deyil. Səfirin konkret hansı şəraitdə öldürüldüyü açıqlanmayıb.