Islam Times 28 Nov 2022 112022000000Mon, 28 Nov 2022 11:58:20 +0330 11:58 https://www.islamtimes.org/az/news/1027305/iranda-terrorizmi-təbliğ-edən-iran-international-kanalının-əməkdaşı-həbs-edilib -------------------------------------------------- Title : İranda terrorizmi təbliğ edən “İran İnternational” kanalının əməkdaşı həbs edilib -------------------------------------------------- İslamTimes: Səudiyyə Ərəbistanı tərəfindən maliyyələşdirilən terrorizmi təbliğ edən "İran İnternational" televiziya kanalının İrandakı nümayəndələrindən biri həbs edilib. Text : APA-nın Tehran bürosunun məlumatına görə, bunu İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) mətbuat xidməti öz açıqlamasında bildirib. Açıqlamada bildirilir ki, İran Təhlükəsizlik Nazirliyinin əməkdaşları İranın Qərbi Azərbaycan əyalətinin Xoy şəhərində "İran İnternational" telekanalının şəbəkə rəhbərini həbs etmək üçün əməliyyat keçirib. O, şəhərdə baş verən iğtişaşlardan sonra həbs edilib. Həbs olunan şəxsin kimliyi ilə bağlı açıqlama verilməyib.