Islam Times 6 Oct 2020 112020000000Tue, 06 Oct 2020 11:56:48 +0330 11:56 https://www.islamtimes.org/az/news/890432/ərdoğan-və-nato-baş-katibi-qarabağdakı-vəziyyəti-müzakirə-edib -------------------------------------------------- Title : Ərdoğan və NATO Baş katibi Qarabağdakı vəziyyəti müzakirə edib -------------------------------------------------- İslamTimes: NATO müttəfiqləri Türkiyə ilə güclü həmrəylik göstərməlidir. Text : SalamNews-un məlumatına görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bunu NATO-nun baş katibi Yens Stoltenberq ilə Ankarada görüşü zamanı bildirib. Tərəflər Şərqi Aralıq dənizi, Suriya və Liviyadakı vəziyyət başda olmaqla regional problemləri müzakirə edib. Dağlıq Qarabağ münaqişəsi zonasındakı vəziyyəti şərh edən Prezident Ərdoğan xatırladıb ki, BMT Təhlükəsizlik Şurası və ATƏT qətnamələri Ermənistanı dərhal, tamamilə və qeyd-şərtsiz işğal etdiyi Azərbaycan ərazilərini tərk etməyə çağırır.