Islam Times 19 Dec 2021 022021000000Sun, 19 Dec 2021 02:05:58 +0330 2:05 https://www.islamtimes.org/az/news/969201/taliban-abş-la-hərbi-əməkdaşlıq-imkanlarını-istisna-edir -------------------------------------------------- Title : Taliban ABŞ-la hərbi əməkdaşlıq imkanlarını istisna edir -------------------------------------------------- İslamTimes: Əfqanıstanda hakimiyyətə gələn Taliban hərəkatı ABŞ-la hərbi sahədə əməkdaşlıq imkanlarını istisna edir. Text : Trend xəbər verir ki, bu barədə şənbə günü ölkənin Nazirlər Kabinetinin müvəqqəti sədr müavini təyin edilmiş Əbdül Salam Hənəfi bildirib. Onun sözlərinə görə, amerikalılar əfqan xalqının üzləşdiyi ciddi iqtisadi çətinlikləri görürlər, lakin onlar hələ də Əfqanıstanın dövlət ehtiyatlarını blokadaya almağa davam edirlər. "Biz heç vaxt amerikalılarla hərbi sahədə əməkdaşlığa imkan verməyəcəyik və onların bizə yardımı yalnız humanitar xarakter daşıyacaq", - deyə Hənəfi bildirib.