Islam Times 11 Oct 2021 192021000000Mon, 11 Oct 2021 19:22:25 +0330 19:22 https://www.islamtimes.org/az/news/958203/amerikada-korona-faciəsi-bir-gündə-2400-qurban -------------------------------------------------- Title : Amerikada korona faciəsi - Bir gündə 2400 qurban! -------------------------------------------------- İslamTimes: Dünyanı koronavirus bəlasından xilas edəcəyi iddiasında olan Amerikada son 24 saatda 2400 nəfər koronavirus qurbanı olub Text : Koronavirus pandemiyası başlayan gündən, Ümumdünya Səhiyyə Təşkilatının önləyici tədbirlərini tənqid edən, istehsal etdiyi vaksinlərlə dünyanı virus bəlasından xilas edəcəyini iddia edən Amerika bu gün özü bu virusun əlində aciz qalıb. Belə ki, Johns Hopkins Universitetinin son açıqlaması göstərir ki, son 24 saat ərzində Amerika Birləşmiş Ştatlarında 100 083 nəfər Covid-19 virusuna yoluxub və ABŞ-da yoluxmuş insanların ümumi sayı 44,339,830-a çatıb. Donald Trampdan sonra hakimiyyət başına keçən Co Bayden vəziyyətə nəzarəti ələ alacağını söyləsə də, onun da tədbirləri Amerikada yaşanan faciənin qarşısını almağa yetərli olmayıb. Qeyd edək ki, ABŞ-da Covid-19 qurbanlarının ümumi sayı 713,350-ə nəfərə yüksəlib. Amerikada koronavirus-a yoluxma və ölüm halları elə bir şəraitdə yüksəlmə tempi alıb ki, ölkə daxilində 400,352,880 doza korona peyvəndi vurulub.