Islam Times 13 Apr 2013 082013000000Sat, 13 Apr 2013 08:55:40 +0430 8:55 https://www.islamtimes.org/az/news/253809/fransa-parlamenti-əxlaqsız-azlıqların-xeyrinə-daha-bir-qanun-qəbul-etdi -------------------------------------------------- Title : Fransa parlamenti əxlaqsız azlıqların xeyrinə daha bir qanun qəbul etdi -------------------------------------------------- IslamTimes - Fransa Senatı əxlaqsız cinsi azlıqların “nigah”ını qanuniləşdirdikdən sonra onların xeyrinə daha bir qanun qəbul edib. Text : Fransa Senatı əxlaqsız cinsi azlıqların “nigah”ını qanuniləşdirdikdən sonra onların xeyrinə daha bir qanun qəbul edib. Belə ki, bundan sonra cəmiyyətdə əxlaqsızlığın əsasını qoyan əxlaqsız azlıqlara uşaqları övladlığa götürməyə də icazə veriləcək, - “Lenta”.   Bir həftə öncə Fransa parlamenti əxlaqsız cinsi azlıqlara “nigah” hüququ verib. İndi “qanun” imzalanmaq üçün ölkə prezidenti Fransua Olanda təqdim ediləcək.   Artıq ölkənin bir sıra aparıcı təşkilatları, o cümlədən müxalifət belə bir əxlaqsız qanunun qəbul edilməsinə etirazını bildirib. Müxalifət bəyan edib ki, əgər belə bir qanun qəbul edilərsə, onlar Konstitusiya məhkəməsinə müraciət edəcəklər. Artıq indiyə qədər on minlərlə insan bu qanunun qəbul edilməsinə etiraz aksiyası keçirib.