Islam Times 24 May 2021 212021000000Mon, 24 May 2021 21:27:19 +0430 21:27 https://www.islamtimes.org/az/news/934344/iraq-sionist-rejimlə-iqtisadi-əlaqə-quranlar-boykot-edilməlidir -------------------------------------------------- Title : İraq: Sionist rejimlə iqtisadi əlaqə quranlar boykot edilməlidir -------------------------------------------------- İslamTimes: İraq Parlamenti sədrinin birinci müavini Həsən Əl-Kəbi, bazar ertəsi günü sionist rejimlə iqtisadi əlaqələri olan ölkələrin boykot edilməsinə çağırıb. Text : "Mawazin News" informasiya agentliyinin verdiyi xəbərə əsasən, Həsən Əl-Kəbi İslam Əməkdaşlıq Təşkilatının Tehrandakı xüsusi iclasında bildirib ki, Birləşmiş Millətlər Təşkilatı Sionist rejimin Qüds, Qəzza və digər Fələstin şəhərlərinə hücumlarını qınayaraq, onları bu hücumları dayandırmağa məcbur edən qərar qəbul etməlidir. Əl-Kəbi əlavə edib ki, beynəlxalq ictimaiyyətə sionist rejimin BMT Təhlükəsizlik Şurasının nizamnamələrini pozan cinayətlərinə görə təzyiq göstərilməlidir və bu hücumların səbəb olduğu bütün zərərlərə görə Fələstin xalqına maddi yardım göstərilməlidir.