Islam Times 10 Oct 2021 172021000000Sun, 10 Oct 2021 17:19:54 +0330 17:19 https://www.islamtimes.org/az/news/958041/terrorçular-iraqda-məqsədlərini-nail-ola-bilmədi -------------------------------------------------- Title : Terrorçular İraqda məqsədlərini nail ola bilmədi -------------------------------------------------- İslamTimes: İraqın Diyala vilayətinin Əl-Sədiyyə bölgəsindəki seçki məntəqəsi avtomat silahlardan atəşə tutulub. Text : Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, məntəqədən bir qədər uzaq məsafədə dayanan avtomobildən açılan aramsız atəş nəticəsində iki polis əməkdaşı yaralanıb. Təhlükəsizlik xidmətinin əsgərləri tərəfindən qarşılıqlı atəşə tuş gələn cinayətkarlar dərhal hadisə yerini tərk ediblər. Polis və xüsusi xidmət orqanları genişmiqyaslı əməliyyata başlayaraq məntəqəni atəşə tutanları axtarmağa başlayıb. Qeyd edək ki, bu gün İraqda növbədənkənar parlament seçkiləri keçirilir. Parlament seçkilərində 167 partiyadan 3 min 249 namizəd iştirak edir. Seçki məntəqələri yerli vaxtla saat 07:00 açılıb və 18:00 bağlanacaq. İraqın Mərkəzi Seçki Qərargahının verdiyi məlumata əsasən, əhalinin 69 faizi səsvermədə iştirak edib.