Islam Times 28 Aug 2021 012021000000Sat, 28 Aug 2021 01:27:41 +0430 1:27 https://www.islamtimes.org/az/news/950779/şoyqu-rusiyaya-qarşı-dərin-iş-gedir -------------------------------------------------- Title : Şoyqu: "Rusiyaya qarşı "dərin iş" gedir" -------------------------------------------------- İslamTimes: "Rusiyaya qarşı "dərin iş" gedir. Ölkə sərhədi boyu anti-Rusiya təbliğatı mərkəzləri yaradılır". Text : APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib. Şoyqu anti-Rusiya təbliğatı mərkəzlərinin yaradıldığı şəhərləri də açıqlayıb. Onun sözlərinə görə, bu mərkəzlər Riqa, Tallin, Varşava və Helsinkidir: "Əvvəla, bunlar ölkəmizin daxili işlərinə qarışmaq cəhdləridir. Tədricən, addım-addım bizə qarşı "dərin işlər" aparılır, Kalininqraddan Kamçatkaya qədər... Rusiyanın bir müdafiə sistemi qurması lazımdır".