Islam Times 12 Oct 2016 232016000000Wed, 12 Oct 2016 23:53:57 -0400 23:53 https://www.islamtimes.org/az/news/574975/gəncə-məscidləri-şəhər-rəhbərliyi-tərəfindən-iki-günlük-qapadılıb -------------------------------------------------- Title : Gəncə məscidləri şəhər rəhbərliyi tərəfindən iki günlük qapadılıb -------------------------------------------------- IslamTimes - Məhərrəm ayının doqquzuncu və onuncu günləri Həzrəti Hüseynin matəmi münasibətilə məcidlərə axışan insanları şəhər rəhbərliyi Gəncədən 7 km aralıda yerləşən İmamzadə türbəsinə yönəldib. Text : Bu barədə musavat.com-a Gəncə sakinləri məlumat verib. Şəhər rəhbərliyi heç bir məhdudiyyətin olmamasını, əksinə İmamzadə kompleksində hər cür şəraitin təmin edildiyini, şəhər sakinləri üçün ödənişsiz avtobusların ayrıldığını desə də, bu addım birmənalı qarşılanmır. Adının açıqlanmasını istəməyən şəhər sakini musavat.com-un müxbirinə bildirib ki, hər bir halda belə hallar anormaldır: "Məscidlər həm də namaz qılmaq üçündür. Belə olan halda insanların məscidlərdə namaz qılması üçün də məhdiyyət qoyulmuş olur. Ölkənin başqa heç bir yerində belə qadağa tətbiq olunmayıb. Bu hal həm də şəhər icra başçısı Elmar Vəliyevin dinə islamafobik baxışından qaynaqlanır. Keçirtdiyi iclaslarda və şəhər axundlarıyla davranışlarında da bu aydın şəkildə sezilir". Musavat.com Gəncənin rəsmi qurumlarının da mövqeyini dərc etməyə hazırdır.