Islam Times 3 Jan 2021 232020000000Sun, 03 Jan 2021 23:13:49 +0330 23:13 https://www.islamtimes.org/az/news/907858/səudiyyə-rejiminin-yəməndəki-hərbi-qərargahında-güclü-partlayış-baş-verib -------------------------------------------------- Title : Səudiyyə rejiminin Yəməndəki hərbi qərargahında güclü partlayış baş verib -------------------------------------------------- İslamTimes: İşğalçı Səudiyyə Ərəbistanı hərbi birləşmələrinin Yəməndəki qərargahında baş verən partlayış şəhər ətrafındakı məntəqələrdə belə hiss edilib. Text : Əl-Cəzirə televiziyası yayımladığı təcili xəbərdə bildirib ki, Səudiyyə Ərəbistanı Hərbi Birləşmələrinin Yəmənin cənubundakı Əbyən əyalətinin Şəqrəh şəhərindəki qərargahında güclü partlayış baş verib. "RusiyaToday" da bu barədə xəbər verərək yazıb ki, Yəmənin cənubundakı Əbyən əyalətindəki bəzi mənbələr bazar günü Şəqrəh şəhərində bir bomba partladığını bildiriblər. Yerli mənbələr bildirir ki, Mənsur Hadi qüvvələri ilə Keçid Şurası arasındakı atəşkəsə nəzarət bəhanəsi ilə Yəməndə yerləşmiş Səudiyyə hərbi qərargahını hədəf alan zərbə o qədər güclü olub ki, şəhərin ətrafındakı məntəqələr belə silkələnib. Hələ ki, partlayışın səbəbi və itkilər barədə məlumat verilmir.