Islam Times 26 May 2022 082022000000Thu, 26 May 2022 08:50:20 +0430 8:50 https://www.islamtimes.org/az/news/996157/əfqanıstanda-şiələrin-kompakt-yaşadığı-şəhərdə-üç-ardıcıl-partlayış-törədilib-azı-10-ölən-var -------------------------------------------------- Title : Əfqanıstanda şiələrin kompakt yaşadığı şəhərdə üç ardıcıl partlayış törədilib, azı 10 ölən var -------------------------------------------------- İslamTimes: Əfqanıstanın Bəlx əyalətinin inzibati mərkəzi Məzar-Şərif şəhəri ötən gün axşam saatlarında üç ardıcıl partlayışın şahidi olub. Text : SalamNews AamajNews-a istinadən xəbər verir ki, bu partlayışlar şiə həzarələrin kompakt yaşadığı Məzar-Şərifdə mikroavtobuslarda həyata keçirilib. Taliban hökumətinin Daxili İşlər Nazirliyinin Bəlx nümayəndəliyindən bildirlən məlumata görə, şəhərin üç fərqli yerində üç mikroavtobusa bomba quraşdırılıb və partlayıcılar qoyulub. Bu üç partlayışda 11 nəfər həyatını itirib və yaralananlar var. Eyni zamanda Kabildə Həzrət Zəkəriyya adlı məsciddə bomba partladılıb. Burada da beş inanclı həyatını itirib. Məzar-Şərif hücumlarını İŞİD-in Əfqanıstan üzrə qanadı olan “Xorasan Vilayəti” üzərinə götürüb.