Islam Times 13 Sep 2021 082021000000Mon, 13 Sep 2021 08:03:25 +0430 8:03 https://www.islamtimes.org/az/news/953550/zelenski-bayden-ukraynanın-nato-ya-üzvlüyünü-dəstəkləyib -------------------------------------------------- Title : Zelenski: “Bayden Ukraynanın NATO-ya üzvlüyünü dəstəkləyib” -------------------------------------------------- İslamTimes: Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, amerikalı həmkarı Cozef Bayden Ukraynanın NATO üzvü olması cəhdini dəstəkləyir. Text : Bu barədə “Report” CNN-ə istinadən xəbər verir. Ukrayna rəhbəri bununla yanaşı əlavə edib ki, bu qərar təkcə Birləşmiş Ştatlardan asılı deyil. "O dedi: "Mən düşünürəm ki, siz orada (NATO-da-red) olmalısınız, amma bu yalnız məndən asılı deyil", — Zelenski qeyd edib. Daha əvvəl Zelenski bildirib ki, Ukrayna ABŞ-dan NATO-ya üzvlüklə bağlı birbaşa cavab almayıb. Bu halda Ukrayna lideri hesab edir ki, rəsmi Kiyev Amerikaya etibar edə bilər, çünki iki dövlətin hazırkı münasibətləri başqa səviyyədədir.