Islam Times 30 Dec 2021 092021000000Thu, 30 Dec 2021 09:28:53 +0330 9:28 https://www.islamtimes.org/az/news/971055/apple-nyu-yorkdakı-mağazalarını-bağlayıb -------------------------------------------------- Title : “Apple” Nyu-Yorkdakı mağazalarını bağlayıb -------------------------------------------------- İslamTimes: “Apple” şirkəti son günlər ABŞ-da koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayının sürətlə artması səbəbindən Nyu-York ştatındakı bütün mağazalarını bağlayıb. Text : “Report”un yerli bürosu xəbər verir ki, “Apple” şəhərdə sürətlə yayılan COVID-19 virusunun yeni "omikron" ştamı səbəbindən belə qərar verib. Şirkət Nyu-Yorkdakı 11 mağazasını bağlayaraq satışlara onlayn davam edəcəyi açıqlayıb. Məlumata görə, bu, müvəqqəti xarakter daşıyır. “Apple” sözcüsü işçilər arasında da virusa yoluxanların olduğu bildirib. Mağazaların qeyri-müəyyən tarixə qədər bağlı olacağı açıqlanıb.