Islam Times 25 Dec 2021 202021000000Sat, 25 Dec 2021 20:41:17 +0330 20:41 https://www.islamtimes.org/az/news/970290/tel-əvivin-bmt-də-məğlubiyyəti-onun-cinayətlərinin-nəticəsidir -------------------------------------------------- Title : Tel-Əvivin BMT-də məğlubiyyəti onun cinayətlərinin nəticəsidir -------------------------------------------------- İslamTimes: İşğalçı İsrailin BMT Baş Assambleyasında məğlubiyyəti bu qəsbkar rejimin bütün dünyanın gözü önündə törətdiyi dəhşətli cinayətlərin təbii nəticəsidir. Text : Fələstinin "Sənəd" informasiya agentliyinin internet səhifəsinin verdiyi məlumata görə, Fələstin İslami Cihad Hərəkatının yüksək rütbəli rəsmisi Əhməd əl-Mədlul deyib ki, işğalçı İsrailin BMT Baş Assambleyasında məğlubiyyəti bu qəsbkar rejimin bütün dünyanın gözü önündə törətdiyi dəhşətli cinayətlərin təbii nəticəsidir. Əhməd əl-Mədlul deyib: "Baş verənlər Fələstin xalqının varlığının nəyə qadir olduğunun göstəricisidir. Fələstin xalqı beynəlxalq müqavilələrdə və qanunlarda qeyd olunan hüquqlarının bərpa edilməsi yolunda mübarizdən əl çəkməyən bir xalqdır! O əlavə edib ki, işğalçı İsrail rejimi artıq beynəlxalq müstəvidə bu rejim haqda olan fikiri saxtalaşdıra bilməz. Sionist rejim artıq anlayıb ki, Fələstin torpağı işğal altında saxlandıqca dünyada sabitlik olmayacaq!"