Islam Times 30 Sep 2021 112021000000Thu, 30 Sep 2021 11:51:09 +0330 11:51 https://www.islamtimes.org/az/news/956467/abş-baş-qərargah-rəisi-savaşı-uduzduq -------------------------------------------------- Title : ABŞ Baş Qərargah rəisi: Savaşı uduzduq -------------------------------------------------- İslamTimes: Hədəflərin bir qismi icra edilsə də, ümumilikdə ABŞ ordusu Əfqanıstanda müharibəni uduzdu. Text : Axar.az xəbər verir ki, bunu ABŞ-ın Qərargah Rəislərinin Birgə Komitəsinin rəhbəri Mark Milli deyib. Onun sözlərinə görə, Əfqanıstan ABŞ üçün strateji uğursuzluğa çevrildi. M.Milli Əfqanıstandakı müharibənin son 20 gün və ya 20 ayda yox, xeyli əvvəl uduzulduğunu bildirib. O, ABŞ-ın Əfqanıstanla bağlı yanlış strateji qərarlar qəbul etdiyini vurğulayıb. General Ağ Evə Əfqanıstanda müəyyən müddət üçün 2500 hərbçi saxlamağı məsləhət gördüyünü, amma administrasiyanın bunu qəbul etmədiyini də bildirib.