Islam Times 15 Dec 2021 002021000000Wed, 15 Dec 2021 00:29:15 +0330 0:29 https://www.islamtimes.org/az/news/968563/bmt-yəməndə-dinc-insanların-həyatı-təhlükədədir -------------------------------------------------- Title : BMT: Yəməndə dinc insanların həyatı təhlükədədir -------------------------------------------------- İslamTimes: “BMT-nin Yəmən üzrə rəsmi nümayəndəsi Hans Qrundberqdən aldığımız məlumatlar ölkədə vəziyyətin çox acınacaqlı olduğunu göstərir” Text : “Report”un yerli bürosu xəbər verir ki, bunu BMT Baş katibinin sözçüsü Stefan Düjarrik bildirib. Onun sözlərinə görə, Yəməndə münaqişə tərəfləri sülh arzusunda olduqlarını bəyan etsələr də, onların diqqəti hərbi variantlar üzərində qalır. "Döyüşlərin intensivləşməsi və cəbhə xəttlərinin dəyişməsi dinc insanların həyatını təhlükə altında saxlayır. Təkcə ötən həftə tərəflər arasında 50-yə yaxın toqquşma baş verib", - sözçü deyib. Düjarrik qeyd edib ki, BMT Marib, Hudeyda və Taiz də daxil olmaqla intensiv döyüşlərin getdiyi bölgələrdə hər ay təxminən 11 milyon insana humanitar yardım etsə də, mövcud vəziyyət bölgəyə köməyin çatdırılmasını əngəlləyir. Qeyd edək ki, Ənsarullah Müqavimət Hərəkatı işğalçı Səudiyyə koalisiyasına son zamanlar ağır zərbələr endirərək, Yəmən torpaqlarını işğaldan azad etməyə davam edir.