Islam Times 24 Nov 2022 162022000000Thu, 24 Nov 2022 16:40:23 +0330 16:40 https://www.islamtimes.org/az/news/1026604/rusiya-amerika-kürdləri-iran-və-türkiyəyə-qarşı-qızışdırır -------------------------------------------------- Title : Rusiya: Amerika kürdləri İran və Türkiyəyə qarşı qızışdırır -------------------------------------------------- İslamTimes: Rusiyanın Suriyadakı xüsusi nümayəndəsi kürd silahlılarının İran və Türkiyəyə qarşı qızışdırılmasında ABŞ-ın əlinin olduğunu vurğulayıb. Text : Rusiyanın Suriya məsələləri üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev İran İslam Respublikası və Türkiyəyə qarşı kürd silahlılarını qızışdırmaqda ABŞ-ın rolunu vurğulayıb və deyib: "Son vaxtlar İran kürdlərinin İrana, Suriya kürdlərinin Türkiyəyə qarşı fəaliyyəti güclənib və bu hərəkatların arxasında yəqin ki, bir səbəb var, bunun arxasında təcrübəli biri dayanır. O deyib: "Bunun arxasında böyük ehtimalla ABŞ dayanır, çünki Birləşmiş Ştatlar da İran kürdlərini dəstəkləyir və onları nümayişlərə hazırlayır. Eyni zamanda amerikalılar Suriyanın şimal-şərqini silah və ərzaqla təmin edir və təbii ki, kürdlər onlardan çox asılıdır”.