Islam Times 18 Dec 2020 232020000000Fri, 18 Dec 2020 23:39:07 +0330 23:39 https://www.islamtimes.org/az/news/904626/abş-rusiyaya-qarşı-yeni-sanksiyalar-tətbiq-edib -------------------------------------------------- Title : ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib -------------------------------------------------- İslamTimes: ABŞ-ın Ticarət Nazirliyi Rusiya şirkətləri “Kosmos Komplekt”, “Sovtest Komp” və Rusiya vətəndaşı olan İlyas Sabirova qarşı sanksiyalar tətbiq edib. Text : APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ hökuməti tərəfindən dərc olunan sənəddə deyilir. Genişləndirilmiş siyahıya Çin, Pakistan, Malta, Birləşmiş Ərəb Əmirlikləri və bir sıra Avropa ölkələrindən 78 hüquqi və fiziki şəxs daxildir. Məhdudiyyətlər “milli təhlükəsizliyə və ya ABŞ-ın beynəlxalq siyasətdəki mənafeyinə zidd fəaliyyət qruplarına aid olduğu düşünülən” və ya bununla əlaqəsinin olma ehtimalı yaranan şəxslər və şirkətlərə tətbiq olunur.