Islam Times 18 Apr 2021 002021000000Sun, 18 Apr 2021 00:15:53 +0430 0:15 https://www.islamtimes.org/az/news/927829/makron-putinlə-danışıqlar-aparmaq-istəyir -------------------------------------------------- Title : Makron Putinlə danışıqlar aparmaq istəyir -------------------------------------------------- İslamTimes: Fransa Prezidenti Emmanuel Makron yaxın vaxtlarda Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparmaq niyyətindədir. Text : Publika.az yerli KİV-ə istinadla xəbər verir ki, Yelisey sarayının Fransa liderinin Ukrayna Prezidenti Vladimir Zelenski ilə aprelin 16-da baş tutmuş danışıqlarının nəticəsinə dair yaydığı məlumatda belə deyilir. "Fransa Respublikasının Prezidenti yaxın vaxtlarda Prezident Vladimir Putinlə danışıqlar aparacaq", - bəyanatda bildirilib. Ukrayna lideri ilə danışıqlara gəlincə, Fransa Prezident Administrasiyası bildirib ki, Makron Zelenskini rəsmi Parisin Ukraynanın suverenliyini qorumaq öhdəliyinə, eyni zamanda Parisin bütün sahələrdə ikitərəfli əlaqələrin gücləndirilməsinə əhəmiyyət verməsinə əmin edib.