Islam Times 7 Nov 2020 222020000000Sat, 07 Nov 2020 22:34:50 +0330 22:34 https://www.islamtimes.org/az/news/896527/fransada-3-ü-türk-olmaqla-4-uşaq-11-saat-polisdə-dindirildi -------------------------------------------------- Title : Fransada 3-ü türk olmaqla 4 uşaq 11 saat polisdə dindirildi -------------------------------------------------- İslamTimes: Fransada islamafobiya davam edir! Text : Fransanın Albertville şəhərində səhər saatlarında 4 evə basqın edilib. Bu evdə yaşayan uşaqlar polis idarəsinə aparılıb. Polis uşaqları Hz. Məhəmmədi təhqir edərək onun karikaturalarını çəkən Samuel Pati cinayəti ilə bağlı dindirib. Dəhşətli məqam polisin 10 yaşındakı uşaqları "terrora yardım" ittihamı ilə dindirməsi olub. 11 saatdan sonra azad olunan uşaqlar bildirib ki, Fransa polisi onlardan "namaz qılırsınızmı", "oruc tutursunuzmu" kimi suallar soruşub. Uşaqların valideynləri məktəbli uşaqlara qarşı bu amansız əməliyyata görə Fransa polisini məhkəməyə verəcək.