Islam Times 25 Aug 2011 112011000000Thu, 25 Aug 2011 11:01:53 +0430 11:01 https://www.islamtimes.org/az/news/94372/bəhreyn-ordusu-etirazçılara-hücum-edib -------------------------------------------------- Title : Bəhreyn ordusu etirazçılara hücum edib -------------------------------------------------- IslamTimes - Bəhreyndə etiraz aksiyaları başlayan gündən çox sayda insanlar Bəhreyn dövlət qüvvələri tərəfindən qətlə yetirilib, bir çox etirazçılar ağır şəkildə yaralanıb. Yüzlərlə etirazçı nümayişlərin amansızlıqla yatırıldığından sonra həbs edilərək, naməlum istiqamətdə aparılıb. Text : "IslamTimes" "PressTV"-yə istinadən xəbər verir ki, şahidlərin bildirdiyinə əsasən, ötən gün gecə saatlarında Ali-Xəlifə rejiminin süqutunu tələb edən etirazçılara hücum olub. Bəhreyn və Səudiyyə Ərəbistanı qüvvələri nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib. Dövlət tərəfindən amansız işgəncələrə məruz qalan bəhreynli müxaliflər son aksiyada təhlükəsizlik qüvvələrindən gizli qalmaq üçün üzləri örtülü şəkildə küçələrə axışıblar. Bəhreyndə etiraz aksiyaları başlayan gündən çox sayda insanlar Bəhreyn dövlət qüvvələri tərəfindən qətlə yetirilib, bir çox etirazçılar ağır şəkildə yaralanıb. Yüzlərlə etirazçı nümayişlərin amansızlıqla yatırıldığından sonra həbs edilərək, naməlum istiqamətdə aparılıb. “Amnesty İnternational” təşkilatı və İnsan haqqları təşkilatının nəzarətçiləri də Bəhreyn vətəndaşları, həkimlər, vəkillər, KİV işçilərinin dövlət qüvvələri tərəfindən vəhşicəsinə susdurulmasını kəskin tənqid edir.