Islam Times 29 Oct 2014 102014000000Wed, 29 Oct 2014 10:35:02 +0330 10:35 https://www.islamtimes.org/az/news/417032/seyyid-əli-xamenei-islam-vəhdəti-rəsmi-siyasətimizdir -------------------------------------------------- Title : Seyyid Əli Xamenei: “İslam Vəhdəti rəsmi siyasətimizdir” -------------------------------------------------- IslamTimes - Ali dini lider Ayətullahül-üzma Seyyid Əli Xamenei İslam vəhdətinə dair yeni açıqlamalarla çıxış edib. Ali dini lider bildirib ki, İslami birlik anlayışı bütün müsəlmanların öz düşüncələri və inanclarından imtina etmələri anlamına gəlmir Text : Həcc mərasimi məsullarını qəbul edən Seyyid Əli Xamenei görüş zamanı qeyd edib ki, İslam düşmənlərinin yaydığı təbliğat və yaratdıqları şübhələrlə mübarizə aparılmalıdır. “İran və digər müsəlman ölkələri arasında divarlar hörmək İslam Vəhdəti düşmənlərinin əsas planlarından biridir. Həcc mərasiminə düşmənlərin təbliğatları nəticəsində əmələ gələn yanlış fikirlər və ilkin mühakimələr divarını məhv etmək üçün misilsiz bir fürsət kimi baxmalıyıq. İslam Vəhdəti günümüzün ən mühüm mövzularından biridir. Müsəlmanlar arasında birlik və qardaşlıq dinimizin əsas təlimlərindəndir və İran İslam Respublikası da bu mövzuda çox ciddidir. İran İslam Respublikasının hər zaman dəstəklədiyi İslam Vəhdəti mövzusu müxtəlif görüşlər və düşüncələrin öz etiqadlarından imtina etmələri mənasına gəlmir. İslam Vəhdəti müsəlman toplumunun bir-birinə düşmən olmaması və dünyanın əsas məsələlərində bir-birilərinə dəstək olmaları mənasını daşıyır”, - deyə ali dini lider bildirib. /Deyerler/