Islam Times 6 Dec 2021 122021000000Mon, 06 Dec 2021 12:13:29 +0330 12:13 https://www.islamtimes.org/az/news/967131/işid-kərkükdə-bir-kəndi-nəzarətə-götürüb-çoxsaylı-evlər-yandırılıb -------------------------------------------------- Title : İŞİD Kərkükdə bir kəndi nəzarətə götürüb, çoxsaylı evlər yandırılıb -------------------------------------------------- İslamTimes: İŞİD terror təşkilatı ötən gün Kərkük əyalətinin ucqar kəndlərindən olan və əsasən kürdlərin məskunlaşdığı Lahiban kəndinə hücum edərək, onu nəzarətə götürüb. Text : SalamNews Rudaw telekanalına istinadla xəbər verir ki, bu barədə yerli mənbələr məlumat veriblər. Bildirilib ki, İŞİD terror təşkilatı Kərkük əyalətində Lahiban kəndinə ötən həftənin şənbə günündən başlayaraq hücuma keçib. Ötən gün kəndin camaatı ərazini tərk etmək məcburiyyətində qalıblar. Terror təşkilatı kənddə çoxsaylı evləri yandırıb. Burada məhdud sayda olan Peşmərgə qüvvələri müqavimət göstərə bilməyib və itkilər veriblər. Bölgəyə əlavə qüvvələr göndərilib.