Islam Times 14 Dec 2021 122021000000Tue, 14 Dec 2021 12:04:33 +0330 12:04 https://www.islamtimes.org/az/news/968437/çavuşoğlunun-bəyanatını-alqışlayırıq-ermənistan-xin -------------------------------------------------- Title : Çavuşoğlunun bəyanatını alqışlayırıq - Ermənistan XİN -------------------------------------------------- İslamTimes: Ermənistan Türkiyə xarici işlər nazirinin Ermənistanla münasibətlərin normallaşdırılması üçün xüsusi elçi təyin etməsi ilə bağlı bəyanatını alqışlayır. Text : Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan XİN-in sözçüsü Vahan Unanyan bildirib. “Ermənistan həmişə olduğu kimi – əvvəllər də, indi də Türkiyə ilə hökumətin proqramında qeydə alınan ilkin şərt olmadan münasibətlərin normallaşması prosesinə hazırdır. Bu baxımdan biz Türkiyə xarici işlər nazirinin münasibətlərin normallaşdırılması üzrə xüsusi elçinin təyin edilməsi ilə bağlı bəyanatını alqışlayırıq, Ermənistan tərəfinin bu dialoq üçün xüsusi nümayəndə təyin edəcəyini təsdiqləyirik”, – XİN sözçüsü Vahan Unanyan bildirib.