Islam Times 15 Jun 2020 132020000000Mon, 15 Jun 2020 13:30:31 +0430 13:30 https://www.islamtimes.org/az/news/868735/abş-da-idarəetmə-trampın-nəzarətindən-çıxıb -------------------------------------------------- Title : ABŞ-da idarəetmə Trampın nəzarətindən çıxıb -------------------------------------------------- İslamTimes: Tramp meri və qubernatoru tənqid etdi qubernator isə ona “sənə bunkerə qayıtmağı tövsiyə edirəm" dedi. Text : ABŞ Prezidenti Donald Tramp KİV-in Vaşinqton ştatındakı Sietl şəhərində baş verən hadisələrə qəsdən az əhəmiyyət verdiyini bəyan edib. Teleqraf.com xəbər verir ki, o bu barədə özünün “Tvitter” hesabında bildirib. “Saxta KİV-lərin Sietldə solçu radikalların çevrilişini necə az işıqlandırdığının fərqinə varırsınızmı? Bunu olduqca məqsədli şəkildə edirlər. Çünki onlar etirazçıların səlahiyyətinə daxil olmayan hallara müdaxiləsinin siyasi plana nə dərəcədə güclü təsir göstərdiyini bilirlər”, – deyə Tramp yazıb. O qeyd edib ki, Sietl şəhərinin meri Cenni Durkan və Vaşinqton ştatının qubernatoru Cey İnsli mütləq utanmalıdırlar. Buna cavab olaraq C.Durkan D.Trampın Ağ Ev qarşısındakı iğtişaşlar zamanı bunkerdə gizlənməsini nəzərdə tutaraq ona “bunkerə qayıtmağı” tövsiyə edib. Qeyd edək ki, Sietldə nümayişçilər bir neçə yaşayış məhəlləsini ələ keçirib və orada “polisdən azad” zona yaradıblar. Tramp bundan əvvəl bildirmişdi ki, şəhər rəhbərliyinin əmin-amanlıq yaradılması istiqamətində fəaliyyətsizliyi səbəbindən yerli terrorçular Sietli ələ keçiriblər.