Islam Times 18 Dec 2019 102019000000Wed, 18 Dec 2019 10:04:35 +0330 10:04 https://www.islamtimes.org/az/news/833616/rusiyanın-baş-qərargah-rəisi-nato-genişmiqyaslı-münaqişəyə-hazırlaşır -------------------------------------------------- Title : Rusiyanın Baş Qərargah rəisi: ‘NATO genişmiqyaslı münaqişəyə hazırlaşır’ -------------------------------------------------- İslamtimes - “NATO-nun Baltikyanı ölkələrdə, Polşada, eləcə də Qara və Baltik dənizlərinin sularında keçirdiyi təlimlər alyansın genişmiqyaslı münaqişəyə hazırlığını göstərir”. Text : Maide.Az  “Report”a istinadən xəbər verir ki, bunu Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov xarici hərbi attaşelərlə görüşündə deyib.   “NATO-nun Baltikyanı ölkələrdə və Polşada, Qara və Baltik dənizlərinin sularında hərbi fəaliyyəti güclənir və alyansın hərbi təlimlərinin intensivliyi artır.   Onların ssenariləri NATO-nun genişmiqyaslı hərbi münaqişədə öz qüvvələrinin yerləşdirilməsi üzrə hazırlıqları göstərir. Brüsselin doktrinal sənədlərində isə Rusiyaya düşmən statusu verilib”.   General bildirib ki, 2016-cı ildən başlayaraq alyansa üzv ölkələr müdafiə xərclərini 130 milyard dollar artırıb və 2024-cü ilə qədər bu rəqəmin 400 milyard dollara qədər artırılması planlaşdırılır.   Onun sözlərinə görə, problemli məsələlərin həlli üçün Rusiya ilə NATO arasında qarşılıqlı əlaqəni bərpa etmək zəruridir.