Islam Times 26 Sep 2022 202022000000Mon, 26 Sep 2022 20:03:11 +0330 20:03 https://www.islamtimes.org/az/news/1016273/çin-abş-ın-sanksiyaları-dünya-əhalisinin-yarısını-fəlakətə-aparıb -------------------------------------------------- Title : Çin: ABŞ-ın sanksiyaları dünya əhalisinin yarısını fəlakətə aparıb -------------------------------------------------- İslamTimes: Çin Xarici İşlər Nazirliyinin sözçüsü ABŞ-ın sanksiyalarının dünya əhalisinin yarısı arasında humanitar fəlakətlərə səbəb olduğunu bildirib. Text : Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin İran, Zimbabve, Boliviya və Kuba da daxil olmaqla bir çox ölkə başçılarının yer aldığı yığıcaqdakı çıxışında suala cavab olaraq belə deyib: "Biz bu barədə xəbərləri görmüşük." O əlavə edib ki, "Amerika, şübhəsiz ki, sanksiyaların super gücüdür". Rəqəmlər göstərir ki, ABŞ-ın tətbiq etdiyi sanksiyalar 2000-ci ildən 2021-ci ilə qədər təxminən 933 faiz artıb. Vanq Venbin əlavə edib ki, “ABŞ 40-a yaxın ölkəni sanksiyalarla hədəfə alıb, bu da dünya əhalisinin təxminən yarısı deməkdir. Bu sanksiyalar ciddi insan fəlakətlərinə səbəb olub”.