Islam Times 22 Jun 2021 072021000000Tue, 22 Jun 2021 07:39:10 +0430 7:39 https://www.islamtimes.org/az/news/939386/rusiya-xin-dən-ermənistandakı-seçki-ilə-bağlı-açıqlama -------------------------------------------------- Title : Rusiya XİN-dən Ermənistandakı seçki ilə bağlı - Açıqlama -------------------------------------------------- İslamTimes: “Rusiya Ermənistandakı növbədənkənar parlament seçkisinin nəticələrinin ölkənin inkişafına və Moskva ilə gələcək əlaqələrin möhkəmləməsinə kömək olacağına ümid edir”. Text : Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. “Ümid edirik ki, qanunverici qeydiyyatdan sonra seçki prosesinin nəticələri Ermənistanın mütərəqqi inkişafına, Rusiya-Ermənistan münasibətlərinin daha da möhkəmlənməsinə, eyni zamanda bütün Cənubi Qafqaz bölgəsində sülh, təhlükəsizlik və sabitliyin təmin olunmasına öz töhfəsini verəcək, Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatlarının tam icrası yerinə yetiriləcək”, - deyə Zaxarova bildirib. Qeyd edək ki, Ermənistanda iyunun 20-də keçirilmiş növbədənkənar parlament seçkisinin qalibi Nikol Paşinyan olub.