Islam Times 11 Jan 2022 072022000000Tue, 11 Jan 2022 07:50:58 +0330 7:50 https://www.islamtimes.org/az/news/972974/əfqanıstanın-çindəki-səfiri-istefa-verib -------------------------------------------------- Title : Əfqanıstanın Çindəki səfiri istefa verib -------------------------------------------------- İslamTimes: Əfqanıstanın Çindəki səfiri Cavid Əhmər Qaim avqustdan bəri maaşını ala bilmədiyi üçün istefa verib. Text : APA-nın xəbərinə görə, bu barədə diplomat sosial media hesabında yazıb. Bütün diplomatlar səfirliyi tərk etdikdən sonra Əhməd Qaim 5 xidməti avtomobilin açarlarını seyfə qoyub, səfirliyin bank hesabında isə 100 000 dollar saxlayıb. Bundan sonra diplomat telefonlara cavab vermək üçün də bir köməkçi qoyaraq qeyri-müəyyən istiqamətə gedib. Hazırda Pekində yerləşən binada bayraq çıxarılıb, ərazini Çin polisi qoruyur. Qeyd edək ki, Taliban hakimiyyəti ələ aldıqdan sonra Əfqanıstan səfirliklərində qeyri-müəyyənlik hökm sürür. Bu yaxınlarda İtaliyadakı səfirlikdə köhnə və yeni səfir arasında dava barədə xəbər yayılıb. Oxşar vəziyyət BMT-dəki nümayəndəlikdə də baş verir.