Islam Times 31 Jan 2023 002023000000Tue, 31 Jan 2023 00:40:41 +0330 0:40 https://www.islamtimes.org/az/news/1038710/pakistanda-məsciddə-partlayışda-61-nəfər-ölüb-150-yaralanıb -------------------------------------------------- Title : Pakistanda məsciddə partlayışda 61 nəfər ölüb, 150 nəfər yaralanıb -------------------------------------------------- İslamTimes: Pakistanın Pişəvər şəhərində məsciddə baş verən partlayış nəticəsində ölənlərin sayı 61 nəfərə çatıb. Text : APA-nın xəbərinə görə, bu barədə TV5 kanalı xəbər verib. Televiziya 150 nəfərin yaralandığını bildirir. Hazırda xəstəxanalarda 60 nəfər müalicə alır. *** 22.07 Pakistanın Pişəvər şəhərində məsciddə baş verən partlayış nəticəsində ölənlərin sayı 59 nəfərə çatıb. APA-nın xəbərinə görə,bu barədə “Dawn” qəzeti xəbər verib. Nəşr 157 nəfərin yaralandığını bildirir. Şəhər xəstəxanalarında fövqəladə vəziyyət elan edilib. *** 19.17 Pakistanın Pişəvər şəhərində məsciddə terror aktı zamanı ölənlərin sayı 44-ə çatıb. APA GEO TV-yə istinadən xəbər verir ki, məscidin içində bombanın partladılması nəticəsində 157 nəfər xəsarət alıb. *** 16:32 Pakistanın Pişəvər şəhərində məsciddə terror aktı zamanı ölənlərin sayı 32-yə çatıb. APA GEO TV-yə istinadən xəbər verir ki, məscidin içində bombanın partladılması nəticəsində azı 147 nəfər xəsarət alıb. Ölü sayının artacağı istisna olunmur. *** 14:36 Pakistanın Pişəvər şəhərində məsciddə terror aktı zamanı ölənlərin sayı 28-ə çatıb. APA bu barədə GEO TV-yə istinadən xəbər verir. Partlayışda yaralananların sayının isə 150-yə çatdığı əlavə olunub. *** 14:15 Pakistanın Pişəvər şəhərində məsciddə terror aktı zamanı ölənlərin sayı 25-yə çatıb. APA bu barədə GEO TV-yə istinadən xəbər verir. Yaralı sayının isə 120-yə çatdığı əlavə olunub. *** 13:37 Pakistanın Pişəvər şəhərində məsciddə terror aktı baş verib. APA GEO TV-yə istinadən xəbər verir ki, bombanın partladılması nəticəsində azı 17 nəfər ölüb. Terror aktı zamanı 90 nəfər yaralanıb.