Islam Times 5 Oct 2022 122022000000Wed, 05 Oct 2022 12:00:04 +0330 12:00 https://www.islamtimes.org/az/news/1017713/elizabet-born-rusiya-super-gücdür-onu-gözardı-etmək-olmaz -------------------------------------------------- Title : Elizabet Born: Rusiya super gücdür, onu gözardı etmək olmaz -------------------------------------------------- İslamTimes: Fransanın baş naziri Rusiyanın hələ də diqqətdən kənarda qala bilməyən böyük güc olduğunu bildirərək, bu ölkə ilə dialoqun davam etdirilməli olduğunu təkid edib. Text : Sputnik-in məlumatına görə, Fransanın baş naziri Elizabet Born Ukraynadakı vəziyyətə həsr olunmuş Milli Assambleyada deyib: "Rusiya super güc və Avropanın qonşusu olaraq qalır, biz buna göz yuma bilmərik. Gələcək döyüş meydanında deyil, danışıqlar masasında həll olunacaq. Buna görə də Fransa prezidenti Rusiya prezidenti ilə danışıqları davam etdirməyə üstünlük verdi”. Bu sözlərlə yanaşı, Born Qərbin Rusiyaya qarşı sanksiyalarının Rusiya iqtisadiyyatını zəiflətdiyini və ləğv edilməməli olduğunu müdafiə etdi.