Islam Times 8 Jan 2022 232022000000Sat, 08 Jan 2022 23:59:38 +0330 23:59 https://www.islamtimes.org/az/news/972640/abş-iran-qarşısında-aciz-qaldı -------------------------------------------------- Title : "ABŞ İran qarşısında aciz qaldı" -------------------------------------------------- İslamTimes: ABŞ-ın “Eyn əl-Əsəd”lə bağlı məxfiliyi onun İrana qarşısında aciz qaldığını təsdiqləyir Text : Fələstinli analitik Məhəmməd Əbu Nida "Young Journalists Club" informasiya agentliyinə verdiyi müsahibədə İranın iki il öncə ABŞ-ın İraqda yerləşən “Eyn əl-Əsəd” bazasını raket hücumu ilə yerlə bir etməsindən danışıb. Analitik bildirib ki, ABŞ-ın İranın bu dəhşətli hücumu qarşısında susması və qorxunc hücumun nəticələrini, zərər çəkənləri gizlətməsi ABŞ-ın İraq qarşısında gücsüz, aciz qaldığını göstərir. Rəsmi Vaşinqton ilk öncə İranın hücumundan sonra ABŞ hərbçilərindən kimsənin zərər görmədiyini bildirsə də daha sonra onlarla hərbçinin kəllə-beyin travması aldığı məlum oldu. Qeyd edək ki, İran 2 il öncə Qasim Süleymaninin ABŞ tərəfindən namərdcəsinə terror edilməsindən sonra bu ölkəyə lazımi cavab verdi. İran Kirmanşah şəhərindən İraqın Əl-Ənbar vilayətində yerləşən ABŞ-ın "Eyn əl-Əsəd" bazasını ballistik raketlərlə saat 01:20 dəqiqədə hədəf aldı. Bu saat Qasim Süleymaninin terror edildiyi saat idi!